Yuxarı

Şeyx Vatikanın katibi ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 15-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Müqəddəs Taxt-Tacın Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə şeyxülislam Azərbaycan-Vatikan əlaqələrindən söz açaraq, əsası Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlərin getdikcə daha da dərinləşdiyini bildirib.

"Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səyləri ilə inkişaf etdirilən Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsi bizi hədsiz məmnun edir. 2016-cı ildə Papa Fransisk həzrətlərinin Azərbaycana həvari səfəri, dini konfessiyalarla Heydər Məscidində səmimi görüşü, 2022-ci ildə bizim Vatikana səfərimiz, Papa həzrətləri tərəfindən qəbul Azərbaycandakı dini konfessiya rəhbərləri üçün də böyük dəyər kəsb edir",- deyə QMİ sədri vurğulayıb.

Ölkəmizin postmüharibə dövründə dini fəaliyyətini diqqətə çatdıran QMİ sədri düşmən işğalı zamanı dağıdılmış məscidlərin və kilsələrin bu gün Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən bərpasının davam etdirildiyini bildirib: “Azad Qarabağa səfər imkanınız olsa, kultursidə məruz qalmış ərazilərimizdə dini-mənəvi irsin bərpa və qorunması yönündə dövlətimiz tərəfindən görülən işlərlə yerində tanış ola bilərsiniz. Misal olaraq, bütün başqa məbədlərlə bərabər, paytaxt Bakının mərkəzi hissəsində, eləcə də Qarabağda, Şuşa şəhərində məscid və başqa məbədlərlə yanaşı, erməni kilsəsinin, həmçinin qədim Alban Apostol kilsələrinin təmir və mühafizəsi dövlətimiz tərəfindən həyata keçirilir".

Sonra Paul Riçard Qallager Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yüksələn xətlə inkişaf edən Azərbaycan-Vatikan əlaqələrindən danışıb, Azərbaycan xalqının müxtəlif dinlərə qarşı tolerantlığından bəhs edərək, bu münasibətlərdən məmnunluğunu ifadə edib.

Görüş rəsmi ziyafətlə davam edib.

Tarix
2024.12.15 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevlə Kavelaşvilinin təkbətək görüşü başladı

Şaranın türkman generalı Azərbaycandan danışdı

İranı İsrail yox, neft vuracaq: Sərhədlər yenidən çəkilir?

MOSSAD Hacızadəni öldürür, Tramp məcbur olur… - Şok ssenari

Bakı müstəmləkə əsarəti altında olanlara dəstək verəcək

Əliyev bunun qarşısını alacaq yeganə liderdir – İsrail mediası

Saakaşvilidən İlham Əliyev haqda heyrətamiz sözlər

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla