Yuxarı

Sürücülər aksiya keçirdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sürücülər aksiya keçirdi - Foto

Bu gün "Shacman" və "Howo" markalı iritonnajlı yük avtomobilinin bir qrup sürücüsü Qaradağ rayonunun Qobustan qəsəbəsində yol qırağına toplaşıb.

Onlar "Shacman" və "Howo" avtomobillərinin yük daşımasına qoyulan məhdudiyyətdən narazıdırlar. Bildiriblər ki, onların avtomobilləri 60 tona yaxın ağırlığı daşımaq gücünə malikdir. Avtomobilin öz çəkisi 17 tondur. 45 tona yaxın yük götürə bilir. Ancaq son günlər belə avtomobillərin sürücülərinə 15 tondan artıq yük daşımamaq barədə xəbərdarlıq edilib. Səbəb kimi bu göstərilib ki, avtomobillərin ağırlığından yollar korlanır.

Sürücülər bildiriblər ki, onlar "KAMAZ"larını satıb 80-85 min manata yeni yük maşınlarını alıblar ki, daha çox qazana bilsinlər. Bir çoxlarının bu avtomobilləri kreditə, borca aldığını deyən sürücülər vurğulayıblar ki, indi 15 tondan artıq yükə qoyulan qadağa onları çətin vəziyyətə salır, dolanışıqlarını pisləşdirir, avtomobillərə görə borclu qalmaq təhlükəsini yaradır.

Sürücülər deyirlər ki, məhdudiyyət qoyulacaqdısa, nə üçün bu avtomobillər onlara satılırdı, satılıbsa, niyə onların avtomobilinə gücü çatdığı yükü daşımağa imkan verilmir.

Sürücülərin və iri yük avtomobillərinin yol qırağında toplaşması diqqət cəlb edib. Polislər və digər dövlət qurumlarının nümayəndələri onlardan dağılışmağı tələb ediblər, şikayətlərini aidiyyəti qurumlara çatdırmağı məsləhət görüblər.

Hər hansı insident baş verməyib. ("Media forum" )

Tarix
2014.02.17 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla