Yuxarı

Ucuz mənzil satılan ərazilərin siyahısı açıqlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ucuz mənzil satılan ərazilərin siyahısı açıqlandı - Video

Azərbaycanda evlərin bahalaşması davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2024-cü ilin yanvar-sentyabr aylarında ölkədə mənzillərin qiyməti əvvəlki ilin eyni dövrünə nisbətən doqquz faizdən çox artıb.

Bəs belə olan halda Bakı şəhərində ucuz evləri haradan almaq olar? Əmlakçı Vüqar İsmayılov bu suala belə cavab verib:

"Sabunçu, Suraxanı, Abşeron, Qobu, Hökməli - bu ərazilərdə 50 min civarında evlər tapmaq mümkündür. Abşeron rayonunda, Saray qəsəbəsində şəhər mərkəzinə nisbətən daha ucuz bina evləri tapmaq olar. Bakı ətrafında ikiotaqlı evlərin qiyməti 100-120 min civarındadırsa, sözügedən ərazilərdə 80-90 mindir".

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev isə deyir ki, paytaxt və ona yaxın ərazilərdə daha aşağı qiymətə ev almaq mümkündür. Lakin həmin evlərin böyük bir hissəsinin çıxarışı yoxdur:

"Onların satış qiymətləri minimum 20 min manatdan başlayır, 50-60 min manat arasında dəyişir. Bu tip ərazilər daha çox Abşeron, Masazır, Xırdalan və Bakı kəndlərində yerləşir ki, oradan mənzil alan şəxslərin böyük hissəsi bölgələrdən gələn və ya paytaxt ərazisində evləri söküntüyə düşən insanlardır. Həmin əmlakların satış qiymətləri ucuz olsa da, onların böyük hissəsində çıxarışların olmaması səbəbindən sözügedən evlərin kreditli şərtlərlə satılması mümkün deyil".

Axar.az Baku TV-yə istinadən süjeti təqdim edir:

Tarix
2024.12.19 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla