Yuxarı

DİN: Onların məqsədi pullarınızı talamaqdır!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN: Onların məqsədi pullarınızı talamaqdır!

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

Axar.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, bank işçiləri heç vaxt bankın göndərdiyi SMS-də kart kodu, PİN kod və ya digər kod, məlumatlar tələb etmirlər:

"Yalnız fırıldaqçılar gizli kodlarla maraqlanır. Məhz bu üsulla, xarici nömrələrdən zəng olunmaqla, “bankdandır, bank kartınıza müdaxilə var” adı ilə talama halları geniş vüsət alıb. Bu metodlarla dekabrın 19-20 tarixlərində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından 50 min, 13 min, 10 min, 8 min 650, 8 min 400, 4 min 715, 4 min 700, 7 min 250, 4 min 000, 3 min 900, 3 min 572, 3 min 500, 2 min 360, 2 min 340, 2 min 396, 2 min 397, 2 min 300, 2 min 200, 1 960, 1 886, 1 500, 1 480, 1 480, 1 300, 1 150, 9 00, 850, 750, 740, 570, 410, 400, 378, 200, 170, 130, 100, 97, 51, 50 manat oğurlanıb.

Elə zərərçəkmişlər var ki, özündə olan digər kartların da məlumatlarını verib ki, xahiş edirəm, buna da baxın, karta müdaxilə varsa, aradan qaldırın. Nəticədə həmin kartlarda olan vəsaitlər də oğurlanıb.

Heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartı məlumatlar qarşı tərəfə - naməlum şəxsə verilə bilməz, çünki bu məlumatlarla maraqlanan şəxsin məqsədi pullarınızı talamaqdır".

Tarix
2024.12.21 / 10:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla