Yuxarı

Sumqayıtda kütləvi dava: yaralılar var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıtda kütləvi dava: yaralılar var

Sumqayıtda kütləvi dava baş verib. Təqribən 20 nəfər arasında baş vermiş davada iki şəxs ağır xəsarət alıb.

Sumqayıt Şəhər Polis İdarəsindən AzərTAc-a bildiriblər ki, gecə saatlarında baş vermiş hadisə ilə bağlı həbs edilənlər var.

Bildirilir ki, Bakı-Quba avtomagistralının Sumqayıtdan keçən hissəsində yol kənarında "Kral" adı altında fəaliyyət göstərən kafedə mübahisə düşüb. Dava kafe sahibləri ilə müştərilər arasında olub. Hadisəyə əsas səbəb müştərilərin xeyli vaxt kafedə oturmaları və digər qonaqlara yer vərməmələri göstərilir. Mübahisə iki qrup arasında əlbəyaxa davaya çevrilib. Nəticədə iki nəfər ağır xəsarətlər alıblar. Yaralılar Astara rayon sakinləri 24 yaşlı Tural Bayramov və 27 yaşlı İlkin Quliyevdir. Onlar dərhal Sumqayıt Şəhər Xəstəxanasına çatdırılıblar.

Xəstəxananın reanimasiya şöbəsindən verilən məlumata görə, İlkin Quliyevin vəziyyəti ağır olduğundan o, dərhal Bakı şəhərinə göndərilib. Qolu və ayağı sınan, bir neçə bıçaq xəsarətləri yetirilən Tural Bayramovun sözlərinə görə, kafe sahibləri onların ciblərindəki pulun çoxluğunu gördükdən sonra dava salıblar.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır.

Tarix
2014.02.18 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana girişinə qadağa qoyulan Yıldırım saxlanıldı

Vatikana dəlillər təqdim olundu: Erməni mənbələrə istinad...

Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan

Azərbaycanda bu ölkənin səfirliyi açıla bilər

Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?

Azərbaycanın nüvə silahlarının ləğvi ilə bağlı mövqeyi...

Bu şəxslərin maaşları müəyyənləşdi

Azərbaycanla Vatikan arasında mühüm sənəd imzalandı

Dövlət müəssisələri ilə bağlı vacib qərar

İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla