Teleqram çökdü
02:36
Ana səhifə Toplum |
Xızı rayonunda 65 yaşlı kişinin meyiti direktor işlədiyi məktəbdən tapılıb.
Axar.az xəbər verir ki, 1959-cu il təvəllüdlü Fazil İsmayıl oğlu Məmmədovun ölüm səbəbi hələ ki məlum deyil.
Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib ki, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib, aidiyyəti qurumlara məlumat verilib:
"Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib, hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq".
Tarix
2024.12.29 / 12:07
|
Müəllif
Axar.az
|