Yuxarı

Budris Bayramova zəng etdi: Təyyarə qəzası...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Budris Bayramova zəng etdi: Təyyarə qəzası...

Bu gün Litva Respublikasının yeni xarici işlər naziri Kestutis Budris Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Kestutis Budris “Azərbaycan Hava Yollarına” məxsus sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı başsağlığı diləklərini çatdırıb, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb.

Nazir K.Budris ilk telefon zənginin belə kədərli gün ilə bağlı aparılmasından təəssüfləndiyini, Litva tərəfinin yaralıların reabilitasiyası və faciənin səbəblərinin araşdırılması istiqamətində mümkün dəstəyin göstərilməsinə daim hazır olduğunu diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.

Nazirlər telefon danışığı zamanı həmçinin regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər. Gələn il diplomatik münasibətlərin yaradılmasının 30 illik yubileyi ilə əlaqədar, əməkdaşlıq əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.

Tarix
2024.12.31 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla