Yuxarı

İran və Azərbaycan rəsmiləri görüşdü: Sərhəddəki çətinliklər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran və Azərbaycan rəsmiləri görüşdü: Sərhəddəki çətinliklər...

Azərbaycan və İran arasında sərhəd-keçid məntəqələrinin buraxılış imkanları müzakirə olunub.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, müzakirələr Dövlət Gömrük Komitəsinin nümayəndələrinin Culfa, Şahtaxtı, eləcə də İranın Culfa və Poldəşt sərhəd buraxılış məntəqələrinə səfəri zamanı aparılıb.

Görüşlərdə buraxılış məntəqələrində yük nəqliyyat vasitələrinin qəbulu, növbələrin təşkili, yük nəqliyyat vasitələrinin yoxlanılması və sənədələrin rəsmiləşdirilməsi qaydaları ilə yerində tanışlıq olub.

Daha sonra sərhəd-keçid məntəqələrinin buraxılış imkanları, beynəlxalq daşımalarda tətbiq edilən qaydalar haqqında tərəflərin məsul nümayəndələrinin iştirakı ilə müzakirələr aparılıb. Azərbaycan daşıyıcılarının İranda üzləşdikləri çətinliklər barədə qarşı tərəfin nümayəndələrinə ətraflı məlumat verilib. Yük nəqliyyat vasitələrinin mütəmadi yoxlamalara cəlb edilməsinin buraxılış qabiliyyətini ləngitdiyi qeyd edilib.

Bildirilib ki, Azərbaycanın sərhəd-gömrük keçid məntəqələrində nəqliyyat vasitələrinin yoxlamaya cəlb edilməsi süni intellekt əsaslı Avtomatlaşdırılmış Risk Analizi Sistemi vasitəsilə həyata keçirilir.

Qeyd edilib ki, Azərbaycan tərəfdə Culfa və Şahtaxtı buraxılış məntəqələrinin infrastrukuturu ən yüksək tələblərə cavab verir, nəqliyyat vasitələrinin sürətli yoxlanılmasına imkan verən rentgen qurğuları ilə təchiz olunub. İranın Culfa və Poldəşt sərhəd-keçid məntəqələri rentgen cihazı ilə təchiz edilmədiyindən yüksək risk qrupuna daxil olan nəqliyyat vasitələrinin buraxılması ehtimalı artır. İran tərəfi yaxın zamanda bu cür qurğuların quraşdırılacağını bildirib.

Eyni zamanda, bəzi hallarda Culfada gecə saatlarında İran tərəfinin fəaliyyət göstərməməsi, Şahtaxtı və Poldəştdə 16 saatlıq iş rejimin olması da buraxılış qabiliyyətinə təsir edən amil kimi qeyd olunub. Tərəflər qeyd olunan mövzuların qarşılıqlı şəkildə müzakirə edilib, iş saatlarına baxılması məsələsi barədə razılığa gəliblər. Sadalanan çatışmazlıqlar aradan qaldırılandan sonra günlük bir istiqamətdə Şahtaxtı üzrə 150-200, Culfa üzrə 200-250 yük nəqliyyat vasitəsinin buraxıla biləcəyi vurğulanıb.

Tarix
2024.12.31 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Dugin Bakını hədələdi, cavabsız qaldı - Ekspert

Azərbaycan Sülh Şurasında təsisçi dövlət olur: Nə qazanacaq?

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla