Yuxarı

İlan ilinin tarixi hadisələri: İnqilab, dünya müharibəsi…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlan ilinin tarixi hadisələri: İnqilab, dünya müharibəsi…

İlan ili qədim Şərq təqvimində və xüsusilə Çin mədəniyyətində 12 illik dövrlərdən biri kimi qəbul edilir. Hər 12 ildən bir təkrarlandığı üçün tarix boyunca baş verən bəzi kataklizmlər ilan ilinə təsadüf etmiş ola bilər. Bu il ümumiyyətlə çeviklik, intellekt və sirli enerjilərlə əlaqələndirilir.

Axar.az ilan illərində baş verən tarixi hadisələrdən və ya kataklizmlərdən nümunələr təqdim edir:

1905-ci il

Rusiya imperiyası ərazisində Birinci Rusiya İnqilabı başladı.

1917-ci il

İnqilab nəticəsində Rusiyada 300 illik Romanovlar sülaləsinə son qoyuldu.

1941-ci il

Bütün dünya üçün faciəvi olaraq yadda qalıb. Məhz bu dövrdə SSRİ və ABŞ İkinci Dünya müharibəsinə daxil olublar.

Amma müsbət bir hadisə də baş verd. 1941-ci ildə amerikalı fizik Qlenn Siborq yeni kimyəvi element - plutoniumu kəşf etdi.

1953-cü il

SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi İosif Stalin öldü.

Dezoksiribonuklein turşusu (DNK) kəşf edildi, bu isə biologiya tarixində ən mühüm hadisələrdən biri oldu.

II Yelizavetanın Vestminster abbatlığında tacqoyma mərasimi keçirildi.

1965-ci il

Sovet kosmonavtı Aleksey Leonov "Vosxod-2" kosmik gəmisindən ilk dəfə olaraq açıq kosmosa çıxdı.

İndoneziyada baş verən çevriliş nəticəsində ölkədə yüz minlərlə insan öldü.

Vyetnam müharibəsi başladı.

1977

SSRİ-nin “Arktika” nüvə buzqıran gəmisi tarixdə ilk dəfə olaraq Şimal qütbünə çatdı.

1989

SSRİ-də yenidənqurma siyasəti başladı.

Azərbaycanda böyük siyasi çalxalanmalar oldu. 17 günlük mitinq baş verdi. Azərbaycan xalqı “ilin xalqı” elan edildi

Almaniyada Berlin divarı söküldü, Şərqi Avropada siyasi rejimlərin dəyişməsi başladı.

Sovet qoşunları Əfqanıstandan çıxarıldı.

1989-cu il dekabrın 1-də Ermənistanın Ali Soveti Moskvanın kursuna zidd olaraq Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsini rəsmən dəstəklədi. Azərbaycan-Ermənistan münaqişəsi gərginləşdi.

2001

11 Sentyabr teraktı baş verdi. ABŞ-da baş verən bu dəhşətli hadisələr qlobal miqyasda təsirlərə səbəb oldu.

Əfqanıstan müharibəsi: ABŞ-ın bu ölkəyə hərbi müdaxiləsi başladı.

2013

Braziliyanın Santa-Mariya şəhərindəki “Kiss” gecə klubunda yanğın olub. 233 nəfər öldü, 100 nəfər isə çoxsaylı xəsarətlər aldı.

Filippində baş verən dünyanın ən güclü “Hayan” qasırğasından 11 milyon insan zərər çəkdi. Super qasırğa zamanı ölənlərin sayı isə 5 minə çatdı.

Tarix
2025.01.01 / 08:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

Prezidentdən bu nazirlə bağlı sərəncam

Zərbə hazırlıqları başladı - Arakçının zəngi nəyi dəyişəcək?

Fuad Qəhrəmanlı DTX-yə çağırıldı, məlum oldu ki...

Azərbaycanda bu 8 dövlət qurumu ləğv edildi

Solovyovun it kimi hürməsi... - Rubinyan

Bu ölkə səfirləri İran XİN-ə çağırıldı

Xameneiyə xatırlatma: Şah da etirazları qanla yatırmışdı

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Ququşdan iranlılara Pəhləvi ilə bağlı çağırış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla