Yuxarı

Bu vergi bu gündən 4 dəfə azaldılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu vergi bu gündən 4 dəfə azaldılır

Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən, bir sıra xidmət sahələri üzrə illik dövriyyə həcmi 45 min manatadək olan mikro sahibkarların gəlirlərinə bu gündən 75 faiz güzəşt tətbiq olunmağa başlanıldı. Dəyişikliklərlə proqram təminatının işlənməsi, layihə-dizayn, tərcümə xidməti, araşdırma və tədqiqat sahəsi, hüquq, sərbəst auditor, jurnalist fəaliyyəti, turizm bələdçiliyi, qiymətləndirmə fəaliyyəti və s. istiqamətlər üzrə vergi güzəşti tətbiqinə start verildi.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.

O qeyd edib ki, VOEN alaraq xidmət müqaviləsi əsasında fəaliyyət göstərənlər gəlirlərindən bu gündən etibarən 20 faiz deyil, 5 faiz vergi ödəyəcəklər:

“Eyni zamanda, onlardan 3 işçi və dövlət sığorta haqqı üzrə borcun olmaması tələbi də istənilməyəcək. Məsələn, vətəndaşımız jurnalist kimi fəaliyyət göstərir və xidmət müqaviləsi əsasında vəsait alır və onun aylıq gəliri 3 min manatdır. Bu halda, o, gəlirindən bu ildən etibarən 2024-cü ildə olduğu kimi 600 manat deyil (3000 manat X 0.20), cəmi 150 manat (3000 manat X 0.05) vergi ödəyəcək. Qeyd edək ki, güzəştlər xidmət müqaviləsi əsasında çalışan şəxslərə şamil olunur.

Yeni qaydalar mikro sahibkarların dəstəklənməsi baxımından vacib dəyişiklik hesab olunur. Bu qeyd edilən xidmət sahələri üzrə dövriyyənin artmasını stimullaşdıra bilər”.

Tarix
2025.01.01 / 13:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla