Baş Prokurorluq jurnalist Xədicə İsmayılovanın istintaqa cəlb
edilməsi barədə xəbərləri təsdiqləyib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov
APA-ya bildirib ki, xəbər verildiyi kimi bəzi kütləvi informasiya
vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook"
səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli
Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması
ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin
dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror
qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla
müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə
istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini
yayma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi
üçün istintaqa dəvət edilib.
20:07
Araşdırmaçı jurnalist Xədicə İsmayılova vəkili Rəşid Hacılı ilə
bu dəqiqələrdə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə
İstintaq İdarəsinə daxil olub.
Jurnalist Feysbuk profilində yaydığı bir sənədin foto-surəti ilə
bağlı şahid qismində dindiriləcək. Baş Prokurorluq Xədicə
İsmayılovanın yaydığı sənədlə bağlı məsələyə aydınlıq gətirib.
"Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə
İsmayılovanın şəxsi Feysbuk səhifəsində 17 fevral 2014-cü il
tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti
fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti
sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə
əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada
aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair
göstəriş verib", - Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri
Eldar Sultanov bildirib.
Azadlıq qəzetinin saytı yazıb ki, hazırda baş prokurorluğun
qarşısında bir qrup ictimai fəal və jurnalist var.
21:30
Xədicə İsmayıl Baş Prokurorluğun Ağır cinayətlər üzrə istintaq
İdarəsindən çıxıb.
Xədicə İsmayıl sabah saat 11.00 -da yenidən Baş Prokurorluğun
Ağır cinayətlər üzrə istintaq İdarəsinə gedəcək.
("Bizimyol.info")