Yuxarı

Təyyarə arxadan vuruldu – Qəzadan sağ çıxan şəxs

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarə arxadan vuruldu – Qəzadan sağ çıxan şəxs

Həmişə deyirdilər, Allah qoruyanı od da yandırmır. Mən bu dəfə gözümlə gördüm ki, Allah qorudu, od da yandırmadı.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən təyyarə qəzası nəticəsində sağ çıxan Nurullah Siracov Report-a müsahibəsində deyib.

N.Siracov bildirib ki, qəza zamanı heç huşunu itirməyib, hər şeyə şahidlik edib:

“Yoldaşımla birlikdə Qroznıda yaşayan oğlumuzun yanına gedirdik. Təyyarə vurulanda ayağım od tutub yandı, elə bildim deşildi. Yoldaşım dedi ki, bu nədir belə? Onu sakitləşdirmək üçün təyyarənin təkərlərinin yerinə oturduğunu söylədim. Amma özüm narahat oldum. Təhlükəsizlik kəmərimi açıb ayağımın altına baxdım ki, heç nə yoxdur, təyyarənin döşəməsi də olduğu kimidir. Yenidən söykənib oturmuşdum ki, bu dəfə təyyarə daha pis səslə arxadan vuruldu. Bələdçilər sərnişinləri sakitləşdirməyə çalışdı və deyildi ki, Qroznıya eniş edirik. Təyyarə yerə eniş edirdi, gördüm ki, artıq çatırıq: pəncərədən baxıb hava limanını da, zolaqlarını da, hava limanının binasını, təyyarələri də gördüm. Təsəvvür edin, 10 mərtəbəli binadan aşağı baxırsınız. O qədər yerə yaxın idik. Yoldaşıma da dedim ki, daha arxayın ol, çatdıq”.

Onun sözlərinə görə, elə o anda təyyarə yenidən göyə qalxıb:

“İnanın, elə sürətlə qalxdıq ki, mən deyərdim təyyarə göyün yeddinci qatına çıxdı”.

Daha ətraflı videoda:

Tarix
2025.01.12 / 13:25
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla