Yuxarı

Avtomobildə meyiti tapılan şəxs maşını özü yandırıbmış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avtomobildə meyiti tapılan şəxs maşını özü yandırıbmış

Sumqayıtda avtomobilin içərisində yanaraq, ölən şəxs narkotik istifadəçisi imiş.

Axar.az TNS-ə istinadla xəbər verir ki, avtomobili yandıran şəxs 1985-ci il təvəllüdlü Fikrət Həsənli narkotik aludəçisi olub və tüfeyli həyat tərzi keçirib.

Bir ay əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki mənzillərdən birinə kirayə köçən F.Həsənli əsasən, gecə saatlarında yaşadığı evi tərk edib, küçələrdə gəzirmiş. Yanvarın 12-də saat 04:00 radələrində otaq yoldaşlarının birinin mobil telefonunu da götürüb evdən çıxıb. Saat 06:00 radələrində küçədə Rusif Nəzərova məxsus avtomobilin şüşəsini qıraraq maşına daxil olub. O, avtomobilin ön oturacağına od vuraraq maşının içərisində oturub. Nəticədə F.Həsənli avtomobillə birlikdə yanıb. Avtomobildəki yanğın söndürülərkən onun yanmış meyiti aşkarlanıb.

Xatırladaq ki, yanvarın 12-də səhər saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində, qəsəbə sakini Rusif Nəzərova məxsus “KİA Sorento” markalı avtomobildə yanğın baş verib. Avtomobildə F.Həsənlinin yanmış meyiti tapılıb.

Tarix
2025.01.13 / 11:26
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan anklavlarla bağlı qəbuledilməz təklif

Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu...

Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün...

Azərbaycana qarşı hicab kampaniyası... - MHP-dən açıqlama

Azərbaycanın təcrübəsi bu dövlətlər üçün faydalı ola bilər

Bakıya kimlər gəldi və gələcək? - Siyahı

Prezident onlara müraciət ünvanladı

İran və Türkiyədən Azərbaycana trol hücumları...

Hindistanın XİN rəhbəri Azərbaycana gəldi

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla