Yuxarı

Gənclərin həyatını bu tələlər məhv edir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənclərin həyatını bu tələlər məhv edir

Bugünkü gənc nəsil üçün iki əsas təhlükə var: şagirdləri sosial mediada, xüsusilə Tiktokun mənfi təsirləri ilə, tələbələri isə mərc oyunlarının cəlbedici, amma məhvedici tələsi ilə üz-üzə qoymuşuq. Hər iki hal onların intellektual və mənəvi inkişafına böyük zərbə vurur.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov qeyd edib.

O bildirib ki, Tiktok şagirdləri asan əyləncə ilə aldadaraq, onların diqqətini uzun müddətli məqsədlərdən uzaqlaşdırır:

“Təhsil üçün vacib olan konsentrasiya və dərin düşüncə qabiliyyətlərini itirən gənclər günübirlik trendlərə qapılaraq vaxtlarını mənasız videolarla keçirirlər. Eyni zamanda, Tiktok vasitəsilə yayılan qeyri-sağlam məzmun onların əxlaqi dəyərlərini zəiflədir.

Tələbələr arasında mərc oyunları isə başqa bir faciədir. Gələcəyini qurmağa çalışan gənclər bu oyunların asılılığına düşərək, həm maddi, həm də mənəvi baxımdan ciddi itkilər yaşayır. Tələbə kreditləri və ya ailə büdcəsini riskə atan gənclər qumar tələsinə düşərək həyatlarını və gələcəklərini məhv edirlər.

Bu problemlərin qarşısını almaq üçün təkcə valideynlər deyil, cəmiyyət olaraq hamımız məsuliyyət daşıyırıq. Maarifləndirmə kampaniyaları ilə sosial medianın və mərc oyunlarının yaratdığı təhlükələri izah etməli, gənclərə sağlam həyat tərzi və məqsədyönlü həyat haqqında düşünməyi öyrətməliyik. Əks halda bu tələlər bizim gələcək nəslimizi bədbəxt edəcək”.

Tarix
2025.01.14 / 01:34
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla