Yuxarı

Azərbaycanda gənc qız qızdırmadan öldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda gənc qız qızdırmadan öldü

Azərbaycanda daha bir nəfər xəstəlikdən ölüb.

Axar.az lent.az-a istinadən xəbər verir ki, hadisə Saatlı rayonunda qeydə alınıb.

Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Pərvanə Xəyalqızı qızdırma və öskürəklə rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, Pərvanə vəfat edib.

İlkin olaraq onun kəskin ağciyər çatışmazlığından öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son vaxtlar respublikada qızdırma, öskürək və boğaz ağrısı ilə müşahidə olunan virus yayılıb. Mediada yayılan məlumatlara görə, yayılan virus və xəstəliklərdən hətta ölüm halları da baş verib. Belə ki, Ağcabədinin Ağabəyli kənd sakini 10 yaşlı məktəbli qız qızdırmadan dünyasını dəyişib.

Daha bir iddiaya əsasən, Bakı kəndlərində toylarda müğənni və aparıcı kimi fəaliyyət göstərən 60 yaşlı Rəsmiyyə Bakılı da yeni yayılan virusdan ölüb.

Xatırladaq ki, Səhiyyə Nazirliyi də yeni yayılan virusla bağlı əhaliyə müraciət edib. Bundan başqa, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırıb.

Tarix
2025.01.15 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla