Yuxarı

Əməliyyatxanada ad günü: baş tibb bacısı da işdən çıxarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əməliyyatxanada ad günü: baş tibb bacısı da işdən çıxarıldı

İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd edən "German Hospital"ın cərrah mama-ginekoloqu Ləman Əliyeva işdən çıxarılıb, baş tibb bacısı vəzifəsindən azad edilib.

Axar.az xəbər verir ki, bununla bağlı "German Hospital"ın direktor müavini Səftər Əliyev Oxu.az-a beş nəfərdən ibarət komissiyanın apardığı araşdırmanın nəticəsini açıqlayarkən deyib.

O bildirib ki, həkim Ləman Əliyeva əməliyyatxanadan cavabdeh şəxs kimi səhvə yol verib:

"Ləman Əliyeva həkim kimi bizə heç zaman problem yaratmayıb. Nə də xəstələri ilə heç bir problemi olmayıb. Məlum məsələ elə bir hadisədir ki, həkimin burada səhvi var. Həkimin səhvi ondan ibarətdir ki, əməliyyatxanadakı əsas işi aparan, cavabdehlik daşıyan şəxsdir.

Böyük tibb bacısı, həmçinin digər tibb bacıları da əməliyyat blokunun tibb bacıları olmalarına baxmayaraq, həkim onları dərhal kənarlaşdırmalı, əməliyyatxananı tərk etmələrini söyləməli idi. O, bunu etməyib. Bundan savayı, öz rəsmi səhifəsində paylaşıb. Paylaşılmasa da, bütün bunlar cəzasız qalmayacaqdı.

İctimaiyyət də paylaşıma öz fikrini bildirib. Rəyləri oxuyuram, deyirlər ki, həkimin günahı yoxdur, amma həm də günahı var. Biz həkimlə iş birliyimizi sonlandırmaq qərarına gəldik. Onun ərizəsi alınıb və işdən azad edilib. Həkim bizim klinikada çalışmır və çalışmayacaq".

Direktor müavini digər işçilər barəsində yekun nəticəni də bölüşüb:

"Digər işçilərdən böyük əməliyyat tibb bacısı vəzifəsindən azad edilib. Faktiki olaraq, əməliyyat blokuna, əməliyyatxanadakı tibb bacılarına cavabdehliyi o daşıyır. Kiçik əməliyyat tibb bacılarının rəsmi qaydada izahatları alındı, töhmət verildi. Həmçinin Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) dərhal plandankənar yoxlama başlatmışdı. Onlar buraya gəldilər, dörd nəfər barəsində protokol tərtib olundu, 500 manat məbləğində cərimə edildilər.

Paralel olaraq, digər klinikamızın üç əməkdaşı, hansı ki, əməliyyatxanada olmayıb, videoda da yoxdur, sadəcə, bu işlərə nəzarət etməli idilər deyə, onlara şifahi xəbərdarlıq olundu.

Hadisədən iki gün sonra rəhbər şəxs olaraq məni və həkim Ləman Əliyevanı Səhiyyə Nazirliyinə çağırdılar. Bu məsələyə çox ciddi yanaşırlar. Biz səhvimizi anlayırıq. Ona görə də onlar da bütün iradlarını bildirib, qanunvericiliyin gücünü göstərdilər. Araşdırma Səhiyyə Nazirliyində aparılır. Onlar nə qərar versələr, bununla razılaşmaqdan başqa bir yolumuz yoxdur".

Xatırladaq ki, yanvarın 8-də mama-ginekoloq Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən "sürpriz"lə qarşılaşıb. Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

Bundan sonra faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən yoxlamalara başlanılıb. Yanvarın 9-da "German Hospital" adlı özəl tibb müəssisəsində plandankənar yoxlama keçirilib. Məsələ araşdırılıb, dörd nəfər ümumilikdə 2 000 manat cərimələnib.

Tarix
2025.01.15 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan AB-nin mühüm iclasında iştirak edəcək

Sensasion həbslər gözlənilir, göz yaşına baxmayacaqlar

Mehdiyevin səfirə Türkiyə ilə bağlı təxribatçı tapşırığı

Ramiz Mehdiyevin həyat yoldaşı da dindirildi

Mehdiyevdən sonra onun həbsi gündəmdə - Avropa mediası yazdı

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla