Yuxarı

Pakistan səfiri ADU-nun qonağı oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistan səfiri ADU-nun qonağı oldu - Foto

Pakistan İslam Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.

Axar.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla səfiri və qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib.

Görüşdə ADU-da həyata keçirilən müxtəlif layihələr, müəllim-tələbə mübadiləsi proqramları haqqında məlumat verilib. Azərbaycan və Pakistan arasında olan dostluq və tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, elm, mədəniyyət və təhsil sahəsində də yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. ADU-da fəaliyyət göstərən beynəlxalq dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verən rektor Pakistan Mədəniyyət Mərkəzinin qazandığı uğurlardan danışıb.

ADU-da keçirilən “Səfir saatı” layihəsinin tarixindən və tələbələr üçün əhəmiyyətindən danışan rektor Pakistan İslam Respublikasının səfiri Qasim Mohiuddini “Səfir saatı” layihəsində iştirak etməyə dəvət edib.

Səmimi qarşılanmaya və xoş sözlərə görə minnətdarlığını bildirən səfir iki ölkə arasında qarşılıqlı əməkdaşlığın, strateji tərəfdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. Qeyd olunub ki, elmi əməkdaşlıq çərçivəsində hər iki ölkənin dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərməsi tərəfdaşlığın və dostluğun göstəricidir.

Görüş gələcək elmi, mədəni əməkdaşlığın qurulması və inkişaf etdirilməsi ətrafında aparılan müzakirələrlə davam edib. ADU-nun kollektivi adından səfirə xatirə hədiyyəsi təqdim olunub.

Daha sonra Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin ADU-da fəaliyyət göstərən Pakistan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olub, pakistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.

Tarix
2025.01.18 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla