Yuxarı

20 Yanvar şəhidləri İsraildə anıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
20 Yanvar şəhidləri İsraildə anıldı

Yanvarın 20-də Azərbaycan Respublikasının İsrail Dövlətindəki səfirliyində 1990-cı il 20 Yanvar tarixində baş vermiş faciəvi hadisələrin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Səfirlikdən Axar.az-a bildirilib ki, tədbirdə İsraildə yaşayan Azərbaycan icmasının nümayəndələri, o cümlədən 20 Yanvar hadisələrinin canlı şahidləri olan şəxslər iştirak ediblər.

Tədbir 20 Yanvar gecəsi şəhid olanların xatirəsini yad etmək üçün bir dəqiqəlik sükutla başlayıb. Daha sonra səfir Muxtar Məmmədov, AZİZ Beynəlxalq Assosiasiyasının prezidenti Adam Amilov və 20 Yanvar hadisələrinin canlı şahidləri olan Azərbaycan diasporunun nümayəndələri müzakirə formatında çıxışlar ediblər.

Çıxış edənlərdən Şimon Peres 20 Yanvar gecəsi təcili tibbi yardım xidmətində çalışıb, Petr Lukimson həmin dövrdə Bakıda nəşr olunan “Elm” qəzetinin redaktoru və hadisələri işıqlandıran jurnalistlərdən biri olub. Azərbaycan Dövlət Radiosunun ictimai-siyasi verilişlər şöbəsinin keçmiş redaktoru Viktoriya Dolinskaya və onun həmkarları isə həmin gecə sovet tanklarının hücumuna məruz qalmış jurnalistlər arasında olsalar da, xilas olmağı bacarıblar.

Tarix
2025.01.20 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla