Yuxarı

Dəhşətli qəza: Yol polisi niyə sürəti azaltmır? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişlidə baş verən qəzaya başlıca səbəb yol hərəkəti qaydasının kobud surətdə pozulmasıdır. Hadisənin ağır nəticəsi isə sürət həddinin aşılması və sürücünün o anda düzgün qərar qəbul etməməsidir.

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov yanvarın 18-də İmişlidə baş verən qəzaya münasibət bildirərkən deyib.

Ekspert maneənin qarşısına çıxmasına və təhlükəli qayda pozuntusuna baxmayaraq, DYP sürücüsünün sürəti azaltmadığını bildirib:

“Qəzanın yayılan videosundan da görünür ki, təqib əməliyyatı apardığı iddia edilən polis maşını qabağına çıxan “Mersedes” markalı maşını müşahidə etdiyi halda sürəti azaltmır, əksinə, artırır. Ehtimal ki, “Mersedes”in sürətini düzgün hesablamır və yaxud onun əsas yoldan gələn maşını gözləyəcəyini düşünüb, sürəti artıraraq, önündən keçməyə çalışır. Yolun darlığı, sürücünün səriştəsizliyi və hadisə həyəcanı qəza ilə nəticələnir. Qəza baş verməməsi üçün yol polisi qəza riski yaradan kobud qayda pozuntusunu düzgün qiymətləndirməli və anında maşını saxlamalı idi”.

Əsədov qeyd edib ki, qəzanın başvermə səbəblərindən biri də yol hərəkətinin düzgün təşkil edilməməsidir:

“Qəzanın əsas səbəbinin “Mersedes”i idarə edən sürücüdə olduğu aydındır. Ancaq unutmayaq ki, yol nəqliyyat hadisəsi üç amildən asılıdır: yol-mühit, sürücü səhvi və nəqliyyat vasitəsi. “Mersedes”i idarə edən gənc hərəkətə icazə verilən dönmə nişanından istifadə edir. Yəni sürücü əks istiqamətdə getmir. Axı ora geridönmə yolu deyil, o yolun imkanları geri dönmənin təşkilinə imkan vermir. Geridönməni orda niyə təşkil ediblər? Ümumiyyətlə, bölgələrimizin hamısında yol hərəkətinin təşkilində təhlükəsizlik qaydalarına tam əməl edilmir. Hesab edirəm ki, qəzanı araşdıran istintaq qrupu yolun təşkili məsələsini də diqqətdən qaçırmayacaq”.

Qeyd edək ki, yanvarın 18-də saat 12:30 radələrində İmişli şəhəri, Abbasqulu Şadlinski küçəsində Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Xidmətə gedən DYP avtomobilinin qarşısına digər nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqları vurub. İki məktəbli hadisə yerində, biri isə xəstəxanada dünyasını dəyişib.

Tarix
2025.01.22 / 14:16
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Bakı müstəmləkə əsarəti altında olanlara dəstək verəcək

Əliyev bunun qarşısını alacaq yeganə liderdir – İsrail mediası

Saakaşvilidən İlham Əliyev haqda heyrətamiz sözlər

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video

Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla