Yuxarı

“İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi başlayır

Azercell Telekom MMC və ADA Universiteti Fondunun əməkdaşlığı çərçivəsində həyata keçirilən “İdeya İnkubasiyası Proqramı”nın növbəti mərhələsi start götürüb. Ötən ildən etibarən uğurla davam edən bu proqram Azərbaycanın startap ekosisteminin gücləndirilməsinə, gənc mütəxəssislərin İT və İKT sahələrində inkişafına dəstək olmaq məqsədini daşıyır. Bu il “İdeya İnkubasiyası Proqramı”nda tələbələrdən ibarət 10 komanda birincilik uğrunda yarışacaq.

Proqram çərçivəsində gənclərə real startap mühitinə uyğunlaşmaq üçün lazımi bilik və bacarıqlar aşılanacaq, müasir texnologiyaların tətbiqi öyrədiləcək. Proqram iştirakçılarının innovativ ideyalarını reallaşdırmağa dəstək olmaq üçün “Startap təfəkkürünün formalaşdırılması”, “İT Layihələrin İdarə Edilməsi”, “Minimal Viable Product (MVP) hazırlanması”, “Uğurlu startap təqdimatlarının hazırlanması” kimi mövzularda təlimlər təşkil olunacaq. Azercell əməkdaşları və ADA Universitetinin müəllimləri layihə boyunca komanda üzvlərinə mentorluq edəcəklər. Eyni zamanda, yarışçılar üçün startap ekosisteminin nümayəndələri ilə əməkdaşlıq etmək imkanı da yaradılacaq.

Proqramın yekununda qalib komanda pul mükafatı ilə təltif olunacaq. Bundan əlavə, “Azercell Telekom” MMC uğurlu layihə təkliflərini dəyərləndirərək seçilən startapçılara təcrübə proqramında iştirak imkanı təqdim edəcək.

Tarix
2025.01.25 / 11:30
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

Zəngəzur dəhlizindən heyrətamiz görüntülər - Video

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

Əliyevin Davos səfəri ilə bağlı daha bir paylaşım - Video

Elçin Əmirbəyov Şekerinska ilə sülh prosesini müzakirə etdi

Prezidentin İsveçrə səfəri ilə bağlı görüntülər paylaşıldı - Video

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla