Yuxarı

Mirzəyev Türkiyə-Suriya sərhədində - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mirzəyev Türkiyə-Suriya sərhədində - Video

15:20

Türkiyədə rəsmi səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev və onun rəhbərlik etdiyi heyət Kilis Çıldırobadakı 6-cı Korpus və Müştərək Xüsusi Tapşırıq Qüvvələri Komandanlığı, eləcə də Şəhid Mehmet Sərhəd Postuna baxış keçirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ziyarət zamanı Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Səlcuq Bayraqdaroğlu Türkiyə ilə Azərbaycan Quru Qoşunları komandanlıqları arasında hərbi əməkdaşlığın və koordinasiyanın artırılması çərçivəsində inkişaf etdirilən silah və sistemlər haqqında məlumat verərək əməliyyat sahələrində əldə olunan təcrübələri bölüşüb.

***

Türkiyədə səfərdə olan Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunları komandanı general-polkovnik Hikmət Mirzəyev Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının komandanı Səlcuq Bayraqdaroğlu ilə birgə Suriya ilə sərhəddə yerləşən Kilis vilayətində olub.

Məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin X səhifəsində dərc edilib.

Belə ki, iki qardaş ölkənin ordu rəhbərliyinin nümayəndələri Türkiyə Silahlı Qüvvələrinin Suriya ilə sərhəddəki postlarından birində olublar.

S.Bayraqdaroğlu Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinə qardaş dövlətin ordusunun istifadə etdiyi silah və sistemlər barədə məlumat verib, Türkiyə hərbçilərinin təcrübəsindən danışıb.

Türkiyə və Azərbaycan Quru Qoşunları komandanlıqları arasında əməkdaşlığın və koordinasiyanın dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.01.25 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

Həbsdəki ermənilər Quran oxumağa məcbur edilib?

Paşinyanın Kərki haqda “erməni budaq cümləsi” nədir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla