Yuxarı

Qadınlar kişilərdən niyə az maaş alır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadınlar kişilərdən niyə az maaş alır?

Azərbaycanda qadınlara kişilərdən az maaş verilir.

Axar.az Baku TV-yə istinadən xəbər verir ki, son rəsmi statistikaya görə, muzdla işləyən qadınların orta aylıq əmək haqqı 735 manat olduğu halda, kişilər üzrə bu göstərici 31 faiz daha çox - 1 069 manat təşkil edib.

Ən böyük fərq isə peşə, elm və texniki fəaliyyət sahələrindədir. Belə ki, bu istiqamətlərdə işləyən qadınların məvacibi qarşı cinslə müqayisədə 2 dəfə azdır. Ən az fərq isə təhsil sahəsindədir. Bu sahədə kişilərə qadınlardan 14 faiz çox əmək haqqı ödənilib.

Maraqlıdır, maaşlar cinsə görə müəyyən olunmadığı halda kişilər niyə qadınlardan çox maaş alırlar?

Sosioloq Üzeyir Şəfiyev kişilərin qadınlardan daha çox əmək haqqı almalarının işin çətinliyi ilə bağlı olduğunu deyir:

"Əmək sahəsində "pozitiv", qadınların xeyrinə ayrı-seçkilik mövcuddur. Qadın əməyi ilə kişi əməyinin çətinliyi arasında fərqlər var. Əmək haqqının az olması gender ayrı-seçkiliyinə görə deyil. Çətin iş şəraitinə görə kişilər qadınlardan daha çox maaş alırlar".

Kişilərlə qadınlar arasındakı maaş fərqi bütün sahələri əhatə edir. Fərqin aradan qaldırılması məqsədilə Nazirlər Kabineti tərəfindən 2023-cü ildə təsdiq edilən Qərarla qadın əməyi qadağan olunan peşə və iş yerlərinin sayı 674-dən 204-ə endirilib. Üstəlik, qadağan edilən peşə və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olanlara aiddir.

Tarix
2025.01.26 / 23:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Avstriyaya getdi

AZAL təyyarəsi qəzaya düşmədən öncə... - Yeni video

ABŞ-ın briqada generalı Azərbaycana gəldi

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Ceyhun Bayramov həmkarı ilə telefonla danışdı

Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video

Azərbaycan və İran arasında mühüm müzakirə

Avropadan Kərimlinin həbsinə reaksiya hamını heyrətləndirdi

Minsk qrupu niyə məhz 1 dekabrda ləğv edildi?

Qeyri-formal məşğul şəxslər belə müəyyən ediləcək - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla