Yuxarı

Dövlət əleyhinə çağırış etmişdi: həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət əleyhinə çağırış etmişdi: həbs olundu

Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Elşən Kərimovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror təqsirləndirilən Elşən Kərimovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra vəkil Zibeydə Sadıqova çıxış edərək müdafiə etdiyi şəxsə yüngül cəza verilməsini xahiş edib.

Məhkəmənin hökmünə əsasən, Elşən Kərimov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elşən Kərimov ötən il aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.01.28 / 11:19
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

Zəngəzur dəhlizindən heyrətamiz görüntülər - Video

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

Əliyevin Davos səfəri ilə bağlı daha bir paylaşım - Video

Elçin Əmirbəyov Şekerinska ilə sülh prosesini müzakirə etdi

Prezidentin İsveçrə səfəri ilə bağlı görüntülər paylaşıldı - Video

Davosda Zelenski və Tramp arasında görüş keçirildi

İlham Əliyevin adından saxta açıqlama yayıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla