Yuxarı

Nazir getdi, nazirlik də ləğv olunur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir getdi, nazirlik də ləğv olunur?

Artıq bir müddətdir Dövlət Gömrük Komitəsi, Vergi Xidməti və Maliyyə Nazirliyinin yeni yaradılacaq qurumda birləşdiriləcəyi ilə bağlı məlumatlar var. Ölkənin fiskal və maliyyə siyasətinə nəzarət edəcək yeni qurumun isə Milli Gəlirlərə Nəzarət Departamenti adlandırılması gündəmdədir.

Axar.az Teleqraf.com-a istinadla xəbər verir ki, Samir Şərifovun maliyyə naziri vəzifəsindən azad edilməsindən bir müddət keçməsinə baxmayaraq, onun yerinə təyinat aparılmaması bu ehtimalları daha da gücləndirib. Digər tərəfdən bu qurumların ayrı-ayrılıqda fəaliyyəti büdcə proqnozlaşdırılmasında, eləcə də tərtibatında müəyyən çətinliklər yaradır. Bu gün büdcə daxilolmalarının 42,5 faizi vergi və rüsumların, 17,9 faizi gömrük rüsumları və idxala görə vergilərin payına düşür. Maliyyə Nazirliyi isə dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı kimi bu gəlirlərin “kassaya” daxil olmasını və icrasını təmin edir.

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, hazırkı şəraitdə Dövlət Vergi Xidmətinin İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərməsi konseptual olaraq yanlışdır. Çünki vergilər xidmətində məqsəd vergi toplamaq, büdcəni doldurmaqdır. İqtisadiyyatın məqsədi isə iqtisadiyyatı inkişaf etdirməkdir. Eksperin sözlərinə görə, DGK da Vergi Xidməti kimi, vergi toplamaqla məşğuldur:

"Dövlət Gömrük Komitəsi ilə Vergi Xidməti, yaxşı olardı ki, Maliyyə Nazirliyinə birləşdirilsin. Çünki Maliyyə Nazirliyi gəlirləri toplayıb, xərcləyən qurumdur. Əgər bu birləşmə baş verməsə, Dövlət Vergi Xidməti ilə Dövlət Gömrük Komitəsini iki qurum olaraq birləşdirərək Dövlət Gəlirlər Komitəsi yaratmaq olar. Bu birləşmə inzibati xərclərin azalmasına, şəffaflığa yol açar. Gömrükdən keçən məhsul və xidmətlərin vergiyə cəlbi də mənbədən həll olunar. Bu baxımdan Dövlət Vergi Xidməti ilə Gömrük Komitəsinin birləşdirilməsi iqtisadiyyata ancaq müsbət təsir edə bilər".

İqtisadçı dünya praktikasında bu üç qurumun eyni təşkilatın tərkibində fəaliyyət göstərdiyini deyir: "Çünki bu qurumlardan ikisi pulu gətirən tərəf, digəri isə pulu bölüşdürəndir. Dünya təcrübəsində bunların üçünün bir yerdə olması praktikası mövcuddur".

Tarix
2025.01.30 / 09:36
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu qərarını yüksək qiymətləndirirəm - Paşinyan

Onları Azərbaycan ordusu öldürməyib - Mxitaryan

İrəvan Bakıdan bunu almaq istəyir - Rusiya təşvişə düşdü

ABŞ-ın sülh planı: Zelenski istəyinə nail oldu

Bakı ilə ən uğurlu razılaşma... - Paşinyan

Şura Bakıda keçiriləcək iclasın iş planını təsdiqlədi

Bakı və İrəvan arasında sülh nümunəsi göstərir ki... - Kansler

İlham Əliyev Slovakiya səfərindən paylaşım etdi - Video

Bu, Avrasiyanın xəritəsini tamamilə dəyişəcək - Hacıyev

Prezident Robert Fitso ilə təkbətək görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla