Yuxarı

Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvan Ali Məclisi yenə sədrsiz qaldı - Foto

Bu gün Milli Məclislə yanaşı, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisində də 2025-ci ilin yaz sessiyasının ilk plenar iclası keçirilib.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, iclasda Ali Məclisin qanunvericilik işləri planının təsdiqi, Hesablayıcı və İntizam komissiyalarının yaradılması məsələlərinə baxılıb.

Aparılan müzakirələrdən sonra gündəlikdəki məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.

İclasa Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov rəhbərlik edib. Ancaq iclasın gündəliyində Ali Məclisə sədr seçilməsi məsələsi yer almayıb.

Qeyd edək ki, Vasif Talıbovun 2022-ci ildə Naxçıvan Ali Məclisi sədri vəzifəsindən istefa verməsindən sonra quruma sədr seçilməyib. Sonuncu parlament seçkilərindən sonra Ali Məclisin ilk iclasında sədr seçilməsi məsələsi gündəliyə salınıb. Ancaq Ali Məclisin sədri vəzifəsinə təklif olunan namizəd dəstəklənməyib. Sədrin səlahiyyətlərini Bəxtiyar Məmmədov icra edir.

Tarix
2025.02.03 / 17:56
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla