Yuxarı

Bakıdan Astanaya getmək istəyənlərin nəzərinə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan Astanaya getmək istəyənlərin nəzərinə

Qazaxıstanın aşağı büdcəli “FlyArystan” aviaşirkəti yay mövsümü üçün Bakı-Astana-Bakı istiqaməti üzrə aviabiletlərin satışına başlayıb.

Axar.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Bakı və Qazaxıstanın paytaxtı arasında uçuşlar iyunun 2-dən başlayacaq və həftədə iki dəfə olmaqla bazar ertəsi və cümə günü həyata keçiriləcək.

Bundan əvvəl aviaşirkət 2025-ci il yaz-yay mövsümü üçün aviabiletlərin satışının başladığını elan etmişdi. Artıq sərnişinlər Astana və Qazaxıstanın digər şəhərlərinə “FlyArystan” mobil tətbiqi, şirkətin rəsmi saytı və digər mövcud satış kanalları vasitəsilə ən sərfəli qiymətlərlə bilet əldə edə bilərlər.

“FlyArystan” “Air Astana” qrupunun törəmə şirkəti olan Qazaxıstanın aşağı büdcəli aviaşirkətidir və 2019-cu ilin may ayından fəaliyyətə başlayıb.

Tarix
2025.02.03 / 18:28
Müəllif
Axar.az
Digər xəbərlər

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla