Yuxarı

Bakıda bu mənzillər ucuzlaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu mənzillər ucuzlaşdı

Bakıda mənzil bazrında aktivlik zəifdir. Sevindirici xəbər isə ondan ibarətdir ki, mənzillərin qiyməti yanvar ayında cüzi də olsa, ucuzlaşıb.

Axar.az xəbər verir ki, bu sözləri İqtisadiyyat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

Onun sözlərinə görə, hazırda bazarda stabillik hökm sürür:

“Qiymətlərin artması ilə bağlı ortalığa çıxan məlumatlar daha çox spekulativ xarakterlidir. Hətta bəzi ərazilərdə bahalı mənzillərin qiymətində nisbi ucuzlaşma müşahidə olunub”.

Mütəxəssis vurğulayıb ki, mənzillərin ucuzlaşması bazarda əməliyyatların və müraciətlərin azalması, tələbin isə aşağı düşməsi ilə bağlıdır:

“Ucuzlaşma əsasən bahalı mənzillərdə baş verib, ancaq bu ucuzlaşma orta qiymətə olan mənzillərə də təsir göstərir”.

Ekspertin fikrincə, orta müddətdə qiymət artımı gözlənilmir:

“Ehtimallar həmişə var, amma ehtimallarla fakt ayrı məsələlərdir. Risklər həmişə var, amma bu, baş verən proseslərdən asılı olur. Bəzən iqtisadi amillər bazara o qədər də təsir etmir”.

Tarix
2025.02.04 / 12:16
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla