Yuxarı

24 yaşlı azərbaycanlı güllələnərək öldürüldü: Qatil saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
24 yaşlı azərbaycanlı güllələnərək öldürüldü: Qatil saxlanıldı

12:45

Gürcüstanın Rustavi şəhərində 24 yaşlı azərbaycanlı kişi odlu silahla qətlə yetirilib.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisənin mübahisə zəminində baş verdiyi bildirilir.

Məlumata görə, gənclər arasında mübahisə sonradan silahlı insidentə çevrilib. Qətlə yetirilənin Bolnisi sakini Vüqar Yaqubov olduğu bildirilir.

Onun xəstəxanaya çatdırılarkən aldığı xəsarətdən yolda vəfat etdiyi qeyd olunub.

Faktla əlaqədar istintaq başladılıb.

***

Gürcüstanın Bolnisi bələdiyyəsinin İncəoğlu kənd sakini, 24 yaşlı Vüqar Yaqubov ötən gün Rustavi şəhərində qətlə yetirilib.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

“Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin (CM) 116 və 236-cı maddələri üzrə istintaq davam edir”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, CM-in 116-cı maddəsi ehtiyatsızlıqdan ölümə səbəb olma (altı aydan iki ilədək ev dustaqlığı və ya iki ildən dörd ilədək azadlıqdan məhrumetmə), 236-cı maddə isə qanunsuz silah əldə etmə, saxlama, gəzdirmə və daşıma hallarını (cərimə, altı aydan iki ilədək ev dustaqlığı və ya iki ilədək azadlıqdan məhrumetmə) nəzərdə tutur.

Hadisənin detalları məlum deyil.

İlkin məlumata görə, cinayət mübahisə zəminində baş verib.

Tarix
2025.02.04 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla