Yuxarı

Pensiya artımlarla birgə nə vaxt veriləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pensiya artımlarla birgə nə vaxt veriləcək?

Xəbər verdiyimiz kimi, minimum pensiyalar 280 manatdan 320 manata qalxıb (fevral ayından), bütün növ əmək pensiyaları isə 8,1% indeksasiya olunaraq artırılıb.

Axar.az xəbər verir ki, pensiyalara tətbiq edilən 8,1 faizlik artımlar 1 yanvar tarixindən tətbiq ediləcək və yanvar ayının artımı da fevral pensiyasına əlavə edilərək ödəniləcək.

Bəs, pensiyalar artımlarla nə vaxt ödəniləcək?

Dövlət Sosial Müdafiə Fondunun ötən ilin oktyabrından Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaları ayın 8-15 tarixləri, rayonlar üzrə isə 20-28 tarixləri aralığında ödəyir.

Ötən ilin noyabr ayında pensiyalar Bakı, Sumqayıt və Abşeron rayonları üzrə 7 noyabrda, digər rayonlar üzrə isə 23 noyabrda ödənilib. Dekabrda müvafiq olaraq 10 və 24 dekabr tarixlərində, yanvarda isə 10 və 28 yanvar tarixlərində pensiyaların ödənilməsi həyata keçirilib.

Bu ay da Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiya ödənişinin 10 fevralda həyata keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondu bu ay pensiya ödənişinin tarixi ilə bağlı hələ açıqlama verməyib.

Tarix
2025.02.07 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla