Yuxarı

PA rəhbəri Sahil Babayevi kollektivə təqdim etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
PA rəhbəri Sahil Babayevi kollektivə təqdim etdi - Foto

Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev fevralın 7-də yeni vəzifəyə təyin olunmuş maliyyə naziri Sahil Babayevi kollektivə təqdim edib.

Axar.az xəbər verir ki, təqdimat mərasimində çıxış edən Samir Nuriyev müstəqil Azərbaycan Respublikasında müasir maliyyə sisteminin formalaşması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. 1990-cı illərin əvvəllərində Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün digər sahələrdə olduğu kimi, iqtisadiyyat və maliyyə sahəsində də sabitlik təmin edilib, həyata keçirilmiş ardıcıl və məqsədyönlü islahatlar nəticəsində dayanıqlı maliyyə sistemi yaradılıb.

Prezident Administrasiyasının rəhbəri deyib ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan böyük inkişaf yolu keçib, aparılan iqtisadi islahatlar, şəffaflığın təmin edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində sürətli iqtisadi artıma və dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nail olunub.

Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan kimi Maliyyə Nazirliyinin fəaliyyətinin daim Azərbaycan Prezidenti İlham Əliyevin nəzarətində olduğunu bildirən Samir Nuriyev qurumun qarşısında duran vəzifələrlə bağlı dövlət başçısının tapşırıqlarını diqqətə çatdırıb, həmin vəzifələrin icrası üçün bütün imkanların səfərbər olunacağına ümid etdiyini bildirib, bu işdə yeni təyin olunmuş maliyyə nazirinə və bütün kollektivə uğurlar arzulayıb.

Tarix
2025.02.07 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla