Yuxarı

Bakıda iki böyük park istifadəyə veriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda iki böyük park istifadəyə veriləcək

Yaxın vaxtlarda Bakı şəhərində 2 böyük parkın istifadəyə verilməsi nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) şöbə müdiri Mirhəsən Həsənov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı ictimai dinləmələrdə bildirib.

"Paytaxtda parkların, yaşıllıqların olması böyük önəm kəsb edir. Son aylar bu istiqamətində ciddi işlər görülüb. Yaxın vaxtlarda 2 böyük park istifadəyə veriləcək. Bunlardan biri metronun "Gənclik" stansiyasının ətrafındadır", - deyə o qeyd edib.

Bundan başqa, BŞİH rəsmisi deyib ki, paytaxtda nəqliyyatın hərəkəti, eyni zamanda piyadaların təhlükəsizliyinin təmin edilməsi istiqamətində bir sıra tədbirlərin keçirilməsi zərurəti var: "Bununla bağlı bir sıra layihələrin icrası gözlənilir. Bu məsələlər ciddi şəkildə təhlil edilir və müvafiq tədbirlər görülür. Yolun bizim üçün nə qədər vacib olmasını hər kəs dərk etməlidir".

Tarix
2025.02.07 / 16:27
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla