Yuxarı

VK 17 vəkili üzvlükdən çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
VK 17 vəkili üzvlükdən çıxardı

Ötən il Vəkillər Kollegiyasının Rəyasət Heyətinə vəkillərlə bağlı 1116 şikayət daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bildirilib ki, bu şikayətlərdən 185 (17%) iş üzrə intizam icraatı başlanılıb, 931 (83%) iş üzrə isə intizam icraatı başlanılmayıb:

"İntizam icraatı başlanılan işlər üzrə 47 (25%) şikayət və müraciət dövlət orqanlarından, 11 (6%) qeyri-dövlət təşkilatlarından və 127 (69%) isə fiziki və hüquqi şəxslərdən daxil olub".

Məlumata görə, intizam icraatları üzrə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən 202 qərar qəbul edilib:

"Belə ki, 41 (20%) intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq, 11 (6%) irad, 34 (17%) töhmət, 55 (27%) pozuntu müəyyən olunmadığına, şikayət geri götürüldüyünə görə və s. əsaslarla intizam icraatına xitam vermə, 32 (16%) qiymət verilməsinin mümkün olmaması, 12 (6%) vəkillik fəaliyyətinin müəyyən müddətə dayandırılması, 17 (8%) iş üzrə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilmə ilə bağlı qərar çıxarılıb".

Ötən il Vəkillərin İntizam Komissiyasının 16 iclası keçirilib, Komissiya tərəfindən 189 intizam icraatına baxılaraq rəy qəbul edilib.

Tarix
2025.02.08 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla