Yuxarı

Ötən il vəkillərə 5.5 milyon manat ödəniş edilib - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ötən il vəkillərə 5.5 milyon manat ödəniş edilib - Səbəb

Ötən il dövlət hesabına göstərilən hüquqi yardımla əlaqədar vəkillərə 5 milyon 500 min manata yaxın pul ödənilib.

Axar.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub.

Bildirilib ki, ötən il təsdiq olunmuş dövlət büdcəsi üzrə Vəkillər Kollegiyasına göstərilən hüquqi yardımla əlaqədar 5 milyon 500 min manat vəsait nəzərdə tutulub və 2024-cü ildə həmin vəsaitin Kollegiyaya ayrılması müvafiq qaydada təmin olunub.

Həmçinin kollegiya tərəfindən 2024-cü il ərzində büdcə haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq və maliyyə intizamına riayət edilməklə cinayət prosesini həyata keçirən orqanların qərarları əsasında dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların (məbləğlərin) ödənişləri vaxtında təmin olunub.

Belə ki, hesabat ilində dövlət büdcəsində dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkillərə (müdafiəçilərə) haqların ödənilməsi üçün nəzərdə tutulan vəsaitlə bağlı xərclərin rüblər və aylar üzrə bölgüsünə uyğun olaraq, vəkil büroları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən sənədlərin Kollegiyaya təqdim edilməsi ardıcıllığı gözlənilməklə cinayət prosesini həyata keçirən orqanlar (təhqiqat, istintaq, prokurorluq orqanları və məhkəmələr), o cümlədən mülki işlər üzrə qəbul olunan qərarlar əsasında dövlət hesabına hüquqi yardıma görə 40 min 650 qərar üzrə 5 milyon 499 min 994 manat 34 qəpik (bank xidməti də nəzərə alınmaqla) vəsaitin 96 vəkil qurumuna və 37 fərdi qaydada fəaliyyət göstərən vəkilə, ümumilikdə isə 979 vəkilə ödənişi təmin edilib.

Tarix
2025.02.08 / 11:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla