Yuxarı

Alimpaşa Məmmədov əmlaklarını geri istəyir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Alimpaşa Məmmədov əmlaklarını geri istəyir

Şəmkir rayonunun həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verib.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a onun vəkili Zakir Əliyev bildirib.

Vəkilin sözlərinə görə, A.Məmmədov cəzasının azaldılmasını və üzərinə həbs qoyularaq müsadirəsinə qərar verilmiş əmlakının geri qaytarılmasını istəyir:

“Kassasiya müraciətində bu və digər bir sıra məsələlər əksini tapıb. Şikayətimizdə ümumi ittihamdan narazılıq bildirilib. Çünki ittiham düzgün verilməyib. Bundan əlavə, Abad Şəmkir MMC-nin üzərindən müsadirə qərarının götürülməsini istəmişik. Ali Məhkəmənin kassasiya şikayətimizə nə zaman baxacağı məlum deyil”.

Qeyd edək ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi isə sabiq icra başçısının cəzasını 1 il azaldaraq 10 il 6 aya endirib.

Tarix
2025.02.10 / 16:02
Müəllif
Axar.az
Digər xəbərlər

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla