Yuxarı

“Bağdan”ın tomat pastası kifli çıxdı - AQTA araşdırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bağdan”ın tomat pastası kifli çıxdı - AQTA araşdırır

13:47

“Bağdan” brendi ilə satışa çıxan tomat pastalarının kifləndiyi məlum olub.

Bu barədə Axar.az-a şirkətin məhsulundan istifadə edən alıcı məlumat və foto göndərib.

Onun sözlərinə görə, şirkətin 325 qramlıq bankada satışa çıxardığı və 2027-ci il 9 sentyabra qədər yararlılıq müddəti olduğunu qeyd etdiyi məhsulunu evdə açarkən kifləndiyini görüb.

Məhsulun 9 sentyabr 2024-cü ildə istehsal edildiyi bildirilir. Əgər cəmi 5 aya məhsulda kiflənmə başlayıbsa, onun 2027-ci ilə qədər hansı hala düşəcəyini təsəvvür etmək olar.

Qeyd edək ki, məhsul “Araz” marketlər şəbəkəsindən alınıb və qiyməti 2 manat 29 qəpikdir.

“Bağdan” şirkətinə sorğu göndərilib.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi kiflənmiş tomat pastası ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə saytımıza AQTA-dan bildirilib.

“Məsələ AQTA-nın regional bölgəsi tərəfindən nəzarətə götürülüb. Araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək”, - nəlumatda qeyd edilib.

Tarix
2025.02.12 / 20:53
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla