Yuxarı

Turistin qalıqlarını tapan şəxs maraqlı faktı açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada 3 il əvvəl itkin düşən hindistanlı turist Manikant Kondavetinin qalıqlarını aşkar edən həmin rayonun sakini hadisənin təfərrüatını danışıb.

Axar.az lent.az-a istinadən xəbər verir ki, sakin hadisənin detallarından söz açıb.

"Birdən qarşıma "vyetnamka" çıxdı. Düşündüm ki, "vyetnamka" bura haradan düşüb. Sonra diqqətlə baxdım, insan sümüklərinə rast gəldim. Onda dedim ki, burada nəsə var..."

Rayonun Mazıx kənd sakini Ruslan Əliyev dağda qarşılaşdığı maraqlı mənzərəni belə danışıb:

"Biz 4 nəfər idik. Dağa yaylağa gəzməyə getmişdik. Qalxanda gördük ki, ora güclü qar yağıb və hava dəhşət dumanlıdır. Dumana görə yolumuzu azdıq və özümüz də bilmədən dərəyə düşdük. Ora çox təhlükəli bir ərazidir. Ora düşdünsə, çıxmaq çox çətindir. Biz də dərədən çıxmağın yollarını axtarırdıq. Təsadüfən qarşıma "vyetnamka" çıxdı. Mənə maraqlı gəldi ki, bu bura necə düşə bilər. İkinci tayını axtarırdım ki, dəhşətli mənzərə ilə qarşılaşdım. Gördüm ki, orada insan sümükləri də var".

Ruslan Əliyev deyir ki, onun əynindəki paltarlar çürümüşdü:

"Sümüklərin düzülüşündən belə başa düşmək olurdu ki, o yarı oturmuş, yarı uzanıqlı vəziyyətdə ölüb. Əynindəki paltarlar çürümüşdü. Təmiz vəziyyətdə qalan "vyetnamkalar" və kəməri idi".

Turistin qalıqlarını tapan Ruslan daha maraqlı bir faktı açıqlayıb:

"Sümüklər fındıq ağacının altında idi. Bir az aralıda balaca tonqal gördük. Yəni tonqalın qalıqlarını. Əlavə olaraq yanında bel çantası, ayaqqabı, telefon, üz maskaları və bank kartları var idi".

Ruslan Əliyev deyir ki, həmin dərəyə düşən adamın oradan tək çıxması qeyri-mümkündür:

"Həmin dərə çox çətin relyefdə yerləşir. Dərə bir dalandır. Dərənin əhatəsi mamırlı və sürüşkən qayalardır. Bir sözlə oradan bir nəfərin tək çıxması mümkün deyil. Biz 4 nəfər idik və köməkli şəkildə çətinliklə oradan çıxa bildik".

Ruslan Əliyev sonda bildirib ki, qarşılaşdığı mənzərə ilə bağlı dərhal polisə məlumat veriblər.

Hadisə yerinə gedən polis əməkdaşları qalıqları dağdan düşürüb aidiyyəti üzrə təhvil veriblər.

Tarix
2025.02.12 / 15:11
Müəllif
Axar.az
Digər xəbərlər

Makron iki türk ölkəsi ilə sövdələşdi – Nə baş verir?

Avropa qorxuda: “Trampizm” sürətlə yayılır

Hikmət Hacıyevlə danışdım, ona dedim ki… – Trampın müşaviri

Paşinyan Makrona da zəng etdi: Bakı ilə razılığı xəbər verdi

Paşinyan Bakını “fakt qarşısında” qoymağa çalışır

Matviyenko Bakıya gəldi

Bu ölkədə yanğın: Azərbaycan başsağılığı verdi

Bakı ilə saziş: Paşinyan Pezeşkiana da məlumat verdi

Putinin iki liderlə birgə Əliyevə zənginin iki səbəbi...

Bu gecə AB kontingenti Dodiki ələ keçirə bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla