Yuxarı

Qaldırıcı qurğuların istismarı dayandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaldırıcı qurğuların istismarı dayandırıldı - Video

Bakının Yasamal və Nizami rayonlarında təhlükəsizlik tələblərinə cavab verməyən qaldırıcı qurğuların istismarı dayandırılıb.

Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Bakının Yasamal və Nizami rayonlarının müxtəlif ünvanlarında “Akt ko LTD” MMC, “Rahatlığın Məkanı” MMC, “Karayev City” MTK və “Vesta Construction” MMC tərəfindən istismar olunan ümumilikdə 9 ədəd “Pionner” qaldırıcı qurğusuna baxış keçiriblər.

Baxış zamanı qaldırıcı qurğuların istismarında insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, qaldırıcı qurğuların istismarı zamanı təhlükəsizlik qaydalarına əməl edilmədiyi, o cümlədən texniki nəzarətin təşkili üçün cavabdeh şəxslərin təyin olunmadığı, qurğuların texniki sənədlərinin olmadığı və kustar üsulla hazırlandığı müəyyən edilib.

Aşkar edilmiş pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, qaldırıcı qurğuların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb, həmçinin cavabdeh şəxslərin iştirakı ilə aktlar tərtib edilib.

Tarix
2025.02.14 / 09:58
Müəllif
Axar.az
Digər xəbərlər

İsa Həbibbəyliyə çətir tutan şəxs ələ salınmalıdır?

Azərbaycan niyə Trampın Sülh Şurasına qoşuldu? - 4 səbəb

Tramp işğala hazırlaşır - Putin yardım edəcək?

İlham Əliyev İsrail prezidenti ilə görüşdü - Foto

SOCAR Türkiyədə bu hava limanını qazla təmin edəcək

İlham Əliyevdən Trampa: Dəvəti qəbul edirəm...

Tramp İlham Əliyevə məktub göndərdi

Məşhur amerikalı analitikdən Əliyevlə bağlı möhtəşəm sözlər

İlham Əliyev Davosda Adrian Makdonaldla görüşdü - Foto

İlham Əliyev Davosda Çexiyanın baş naziri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla