Yuxarı

Ağdamda yük maşını selin gətirdiyi minaya düşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağdamda yük maşını selin gətirdiyi minaya düşdü - Foto

11:31

Ağdam rayonunda mina hadisəsi baş verib.

Bu barədə Axar.az-a Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərindən məlumat verilib.

Bildirilib ki, Ağdam rayonunun əvvəllər işğal olunmamış Ayaq Qərvənd kəndi ərazisindən keçən Xaçın çayının hövzəsində mina hadisəsi baş verib.

Ağdam rayonunun Quzanlı kənd sakini 1965-ci il təvəllüdlü Fayiq Ərşad oğlu Məmmədov idarə etdiyi "Hovo" markalı yük avtomobili ilə hərəkətdə olarkən sel sularının gətirməsi ehtimal olunan piyada əleyhinə minaya düşüb, partlayış zamanı həmin avtomobilin sol arxa çarx hissəsi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Tarix
2025.02.14 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

Türkiyə bayrağının Azərbaycanda endirilməsi... - Türkiyə PA

Leyla Abdullayeva Bricit Makronla görüşdü

İsveç səfiri Hikmət Hacıyevlə görüşdü

MM sədri TÜRKPA-nın iclasında çıxış etdi

Səudiyyənin Türkiyə və Pakistandan gözləntiləri artır

Paşinyan işğal siyasətindən əl çəkməyib – Bu da sübut

Baxçalı yenə türk birliyi mesajı verdi: Ankarada...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla