Yuxarı

Tiktokda qadınları təhqir etdi, həbs olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiktokda qadınları təhqir etdi, həbs olundu

Tiktok sosial şəbəkəsində əxlaqsız video və fotolar paylaşan Hafiz Xəyyam oğlu Paşayev həbs edilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Hafiz Paşayevin barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə ittiham elan edilib.

Müəyyən edilib ki, o, Tiktokda istifadəçilərin foto və şəkilləri fonunda nalayiq səslər paylaşıb. Onun barəsində araşdırma başlanıb.

H.Paşayev 16 fevral saat 15 radələrində Polis Şöbəsinin Təhqiqat bölməsinin xidməti otağında olduğu vaxt təhqiqatçının suallarına cavabda "yaxşı elədiyini" bildirib, əsəbiləşərək otaqda səs-küy yaradıb. O, otaqda olan polis əməkdaşlarının qanuni tələbinə tabe olmayıb.

İş üzrə izahat verən Hafiz Paşayev özünü təqsirli bilib. Bildirib ki, söyüşlə bağlı olmayan paylaşımlar edib, xanımların foto-şəkillərini yayıb:

“Özümə məxsus 5 saxta sosial şəbəkə profillərindən tanımadığım təxmini 100 xanımın şəkillərini paylaşmışam. Xanımlar mənə qarşı sosial şəbəkədə söyüşlər ünvanlayıblar. Sosial şəbəkədə tanış olmaq üçün onlara yazmışam, pis niyyətim olmayıb. Masallı Rayon Polis Şöbəsinə dəvət olunduğum üçün əsəbi olmuşam. Özümdən asılı olmayaraq söyüş söyməyə başlamışam”.

H.Paşayev barəsində tərtib edilmiş protokol baxılması üçün Masallı Rayon Məhkəməsinə təqdim olunub. Fevralın 17-də keçirilən prosesdə qərar verilib. O, 20 gün müddətinə həbs edilib.

Onun cəzasının saxlanıldığı vaxtdan, 16 fevral saat 16:30-dan hesablanması barədə qərar qəbul edilib.

Tarix
2025.02.18 / 09:55
Müəllif
Axar.az
Digər xəbərlər

Saxlanılan AXCP-çilərın hamısı azad edildi

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...

Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

AİB-in dəstəyi ilə layihəyə start verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla