Yuxarı

Azərbaycanlı iş adamı Polşada yoxa çıxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı iş adamı Polşada yoxa çıxdı

Azərbaycanlı iş adamı Rauf Bakıyev Polşada müəmmalı şəkildə yoxa çıxıb.

Axar.az bu barədə Oxu.az-a onun əmisi oğlu Rabit Bakıyev məlumat verib.

O bildirib ki, Rauf Bakıyev on gündür tapılmır:

"Milliyətcə azərbaycanlıyıq, amma Gürcüstan vətəndaşıyıq. Əmioğlu Polşanın Kostrzyn şəhərində yaşayır, orada dönərxana sahibi idi. On gün əvvəl saat 20:00-da bacısı oğlunun yanına gedib, yemək yeyib, sonra evə gəlib. Daha sonra bacısı oğlu zəng edib ki, gəl, bizi də apar, lakin işi olduğunu bildirib, getməyib. Onlar da gəlib Raufu evdə tapmayıblar. Səhərə qədər gözləyiblər, nə zəng çatıb, nə də evə gəlib. Nəhayət polisə müraciət ediblər. Hələ də gözləyirik, amma bizə heç bir məlumat verilmir".

Rabit Bakıyev deyib ki, itkin düşmüş qohumu üç ildən çoxdur, Polşada yaşayır:

"Əvvəlcə düşündük ki, bəlkə kiminləsə ədavəti olub, ona görə başına belə bir iş gəlib. Lakin onu tanıyan hamı ilə söhbət etdik, araşdırma apardıq və aydın oldu ki, heç kimlə problemi olmayıb. Bu baxımdan, şübhələnəcəyimiz kimsə yoxdur".

Onun sözlərinə görə, Rauf Bakıyevin şəriki də olub:

"O da əslən türkiyəlidir. Onunla bağlı da heç bir problem yoxdur. Hətta özü dəfələrlə bununla bağlı polisə müraciət edib. Hazırda isə obyektə bacısı oğlu nəzarət edir. Düzdür, subay idi, amma valideynləri sağdır və çox narahatdırlar. Hər keçən gün də təbii olaraq bu narahatlıq artır".

Tarix
2025.02.18 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla