Yuxarı

Niderlandda azyaşlı soydaşlarımızın konserti keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niderlandda azyaşlı soydaşlarımızın konserti keçirildi

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland Krallığının Amersfoort şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbində azyaşlı soydaşlarımızın Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı baş tutub.

Komitədən Axar.az-a verilən məlumata görə, konsert proqramı Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırovanın təşkilatçılığı ilə Musiqi Məktəblər Birliyinin müraciəti əsasında keçirilib.

Firəngiz Bağırova Azərbaycan musiqisi, bəstəkarları və onların yaradıcılığı haqqında geniş məlumat verib, Niderlandın müxtəlif şəhərlərində təşkil edilən konsert və tədbirlərdən söz açıb. O, Niderlandda yaşadığı 30 ilin 23 ilini məhz Azərbaycan musiqisinin təbliğinə həsr etdiyini və bundan xüsusi qürur duyduğunu bildirib.

Konsert zamanı Azərbaycanın dahi bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Bakıxanov, Musa Mirzəyev və digərlərinin əsərləri səsləndirilib.

İştirakçılar Azərbaycan musiqilərini xüsusi rəğbətlə və alqışlarla qarşılayıb.

Sonda ifaçılara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının təşkilatçılığı ilə baş tutan bu cür tədbirlər Azərbaycan dövlətinin diaspor, gənclər və mədəniyyət siyasətinin, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi baxımından olduqca faydalıdır.

Tarix
2025.02.19 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla