Yuxarı

İşgəncəyə qarşı Komitənin azərbaycanlı sədri Avropadadır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İşgəncəyə qarşı Komitənin azərbaycanlı sədri Avropadadır

İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 18-dən Ukraynada səfərdədir.

"Axar.az" Apa-ya istinadən xəbər verir ki, səfərin əsas məqsədi Ukraynanın müxtəlif regionlarında, xüsusən Kiyev şəhərində davam etməkdə olan kütləvi etirazlar zamanı hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış şəxslərlə necə rəftar olunduğunu yoxlamaqdan ibarətdir.

Nümayəndə heyəti etirazçılara qarşı polis əməkdaşları tərəfindən hədsiz güc tətbiq olunması və onlarla pis rəftar olunması ilə bağlı şikayətlər və ya məlumatlar üzrə araşdırmaların necə aparılmasına xüsusi diqqət yetirəcək. Səfər zamanı polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, xəstəxanalara və digər müəssisələrə baş çəkilməsi, müxtəlif dövlət qurumlarının, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin təşkil edilməsi planlaşdırılır.

Səfərin nəticələrinin Ukraynanın daxili işlər naziri Vitali Zaxarçenko və baş prokuroru Viktor Pşonka ilə keçiriləcək görüşlərdə müzakirəsi nəzərdə tutulub.

Tarix
2014.02.20 / 10:17
Müəllif
Axar.az
Digər xəbərlər

Tokayevdən Azərbaycan açıqlaması: 20 milyard dollar...

ABŞ Ermənistanda buranı Rusiyaya qarşı istifadə edəcək

Paşinyandan Musayevin ekstradisiyası ilə bağlı açıqlama

İlham Əliyev Berdiməhəmmədovla görüşdü - Foto

Atəş açmasaydı, əsgəri Azərbaycana qaytaracaqdıq

Azərbaycan İranın ən güclü sütunlarından biri olub

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Türkmənistanda Birgə Bəyanat imzalandı

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla