Yuxarı

OBA-da partlayış: xəsarət alanlar var - Video/Yeniləndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:42

Bu gün səhər saat 06:45 radələrində OBA marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib.

Bu barədə Axar.az-a marketlər şəbəkəsindən məlumat verilib.

"İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir. Hadisə nəticəsində OBA-nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb. Hazırda hadisənin təfərrüatı araşdırılır. Daha ətraflı məlumat veriləcək", - məlumatda deyilir.

***

Fövqəladə Hallar Nazirliyi Binədə marketdə baş verən partlayışla bağlı məlumat yayıb.

Bildirilib ki, bu gün saat 07:10-da FHN-in 112 qaynat xəttinə Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb".

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən mağazada yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 360kv.m. olan ikimərtəbəli beşotaqlı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən mağazada yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən ikinci mərtəbədə yerləşən evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 180 kv.m. olan mağazanın yanar konstruksiyaları 130 kv.m. sahədə yanıb.

Mağazanın qalan hissəsi və 2-ci mərtəbədə yerləşən mənzil yanğından mühafizə olunub, 2 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

Binədə OBA marketdə baş verən partlayışda xəsarət alanların sayı 3-ə çatıb.

Bu barədə OBA məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Binə qəsəbəsindəki fərdi yaşayış evinin birinci mərtəbəsində OBA marketlər şəbəkəsi tərəfindən icarəyə götürülən "Binə 3" mağazasında partlayış baş verib:

"Hadisə nəticəsində iki əməkdaşımız və mağazanın yaxınlığından keçən bir vətəndaş xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyəti qənaətbəxşdir. Hazırda marketlər şəbəkəsinin aidiyyəti struktur rəhbərləri xəsarət alanların yanındadırlar, onların sağlamlıqlarının bərpası üçün bütün vacib addımlar atılmaqdadır".

Qeyd olunub ki, OBA marketlər şəbəkəsinin heç bir mağazasında təbii qaz təsərrüfatına aid olan avadanlıqdan istifadə edilmir:

"Partlayışın hansı səbəbdən baş verməsi ilə bağlı daha dəqiq məlumat aidiyyəti dövlət qurumlarının rəsmi rəyindən sonra məlum olacaq".

Tarix
2025.02.27 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

Milli Məclis bu bəyanatı qətiyyətlə rədd edir!

Zatulinin Bakıya qarşı böhtanlarına – XİN-dən cavab

İsa Qəmbər ermənilərlə Bakıda gizli danışıq aparıb? - Sənəd

Delimitasiya 1978-ci il xəritəsi əsasında aparılsa... - Foto

Pezeşkianın nümayəndəsi niyə Azərbaycan dilinə qarşı çıxdı?

Ağalarov ziyanı açıqladı: 200 milyon dollar

İlham Əliyev Ərdoğanı təbrik etdi

Rusiyadan Bakıya inanılmaz böhtanlar: Zatulin yenə “öndədir”

Ermənistandakı bu torpaqlarımız geri qaytarıla bilər

Paşinyanın Bakıya məntiqsiz təklifi: Bu, tarixən olmayıb!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla