Yuxarı

Bakıda narkopriton aşkarlandı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami rayonunda polis narkopriton aşkarlayıb.

DİN-dən Axar.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində rayon ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

Həmin evdə narkotiklərin istifadəsinə şərait yaradan əvvəllər məhkum olunmuş 38 yaşlı Kənan Alşarov, 59 yaşlı Etibar Babayev, 50 yaşlı Zaur Fətiyev, 39 yaşlı Samir Məmmədov və daha bir qadın saxlanılıb. Ünvana və saxlanılanların üzərinə baxış zamanı psixotrop maddə metamfetamin və narkotiklərin qəbulunda istifadə edilən ləvazimatlar aşkarlanıb.

Nizami rayonu Keşlə qəsəbəsində həyata keçirilən növbəti əməliyyat zamanı isə paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 21 yaşlı Əyyub Həsənli saxlanılıb. Ondan satış məqsədi ilə əldə etdiyi 3 kiloqram heroin və 1 kiloqram 500 qram metamfetamin aşkarlanıb. O, sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

Faktlarla bağlı araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tarix
2025.02.27 / 18:11
Müəllif
Axar.az
Digər xəbərlər

Abdullah Öcalanın tarixi tərk-silah çağırışı – Tam mətn

Bakıdan Ermənistan XİN-in əsassız iddialarına cavab...

AB “müşahidəçiləri" sərhədimizdə - Yeni video

Bu, tarixi səfərdir - Prezident

Qvineya-Bisau prezidenti Zəfər parkını ziyarət etdi

Paşinyandan qapalı iclasda Bakı ilə bağlı tapşırıq

"Sputnik"in nümayəndəliyi ləğv edildi - Rusiyadan reaksiya

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Rusiya ilə bağlı reytinq: İlk iki yerdə azərbaycanlı, 3-də erməni...

Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla