Yuxarı

Yenə piramida dələduzluğu: Ziyan yarım milyondan çoxdur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə investisiya şirkəti adı altında fəaliyyət göstərən “First Zenit Capital” səhifəsinin “Shopify” beynəlxalq elektron ticarət portalında dövr etdirmək vədi ilə müxtəlif şəxslərin pul vəsaitlərini ələ keçirdiyi barədə çoxsaylı şikayətlər daxil olub.

Bu barədə Axar.az-a DİN-dən məlumat verilib.

Bildirilib ki, araşdırmalarla həmin şirkətin investisiya layihələri ilə məşğul olmadığı, elektron piramida dələduzluq sistemi əsasında fəaliyyət göstərdiyi və insanları ələ almaq məqsədi ilə yüksək məbləğdə qazanc vəd etdikləri müəyyən edilib.

Bu məqsədlə sosial şəbəkələrdə mütəmadi olaraq “First Zenit Capital” şirkətinin reklamları paylaşılıb şirnikləndirici elanlar yerləşdirilib. Əməliyyat zamanı həmin şirkətin təsisci-direktoru Kərim Bəşirzadə və onunla birgə bu qanunsuz əməlləri törədən Taleh Əlizadə müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların bu yolla zərərçəkənlərin 500 min manata yaxın pulunu ələ keçirdikləri məlum olub.

Saxlanılan şəxslərdən dələduzluq əməlləri zamanı istifadə etdikləri bank kartları və digər elektron sübutlar aşkarlanaraq götürülüb.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. K.Bəşirzadə və T.Əlizadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-texniki tədbirlər davam etdirilir. “First Zenit Capital” şirkətinin qanunsuz fəaliyyətindən zərərçəkən digər vətəndaşlar varsa bu barədə polis orqanlarına müraciət edə bilərlər:

"Sonda bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşdıqları və iqtisadi əsaslara söykənməyən piramida dələduzluq sxemlərinə, həmçinin yatırım adı altında şişirdilmiş qazanc vəd edən tətbiqlərə inanmamağa çağırırıq".

Tarix
2025.02.27 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizinin açılmasına maneə var - Silayev

Bakıdan İrəvana məxfi zəng: Hacıyev narazılığını çatdırıb?

Çindəki paraddan görüntülər - Video

Prezidentlər və xanımları ziyafətdə... - Video

Prezidentlərin azərbaycanca səmimi dialoqu - Video

İlham Əliyevlə Putin belə salamlaşdı - Video

İlham Əliyev və xanımı Çində paradı izlədi - Video

İran da, Rusiya da anlayacaq ki, Zəngəzur qorxuları...

Kuyundziç Mariyana Azərbaycana gəldi

Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla