Yuxarı

Qvineya-Bisau prezidenti ASAN Xidmətdə oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər çərçivəsində ASAN Xidmət mərkəzinin fəaliyyəti ilə tanış olub.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış ASAN Xidmət mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. ASAN Xidmət modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qvineya-Bisau Respublikasının Prezidenti ASAN Xidməti çox əhəmiyyətli layihə kimi qiymətləndirib. O, ölkəsində belə bir konsepsiyanın mövcud olmadığını və səfərdən dərhal sonra eyni layihənin ölkəsində də tətbiqi ilə bağlı addımların atılacağını diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qvineya-Bisau Respublikası Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Memorandum ASAN Xidmət təcrübəsinin Qvineya-Bisau Respublikasında tətbiqini, eləcə də Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin qarşı tərəflə paylaşılmasını nəzərdə tutur.

Görüş çərçivəsində nümayəndə heyəti “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, Səyyar ASAN xidmətin və ABAD publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

Tarix
2025.02.27 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Abdullah Öcalanın tarixi tərk-silah çağırışı – Tam mətn

Bakıdan Ermənistan XİN-in əsassız iddialarına cavab...

AB “müşahidəçiləri" sərhədimizdə - Yeni video

Bu, tarixi səfərdir - Prezident

Qvineya-Bisau prezidenti Zəfər parkını ziyarət etdi

Paşinyandan qapalı iclasda Bakı ilə bağlı tapşırıq

"Sputnik"in nümayəndəliyi ləğv edildi - Rusiyadan reaksiya

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

Rusiya ilə bağlı reytinq: İlk iki yerdə azərbaycanlı, 3-də erməni...

Prezidentlərin lanç əsnasında geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla