Yuxarı

Baş Prokurorluq: Gizli audio yazı araşdırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq millət vəkili Ceyhun Osmanlı tərəfindən jurnalist Xədicə İsmayılova ilə bağlı audio yazının istintaqa təqdim olunmasını təsdiqləyib.

Bu barədə APA-nın sorğusuna cavabında Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

O qeyd edib ki, Milli Məclisin deputatı Ceyhun Osmanlı tərəfindən Xədicə İsmayılovanın əcnəbilərlə aralarında danışıqlarının əks olunduğu iddia edilən audio yazı Baş Prokurorluğa təqdim olunub.

Həmin danışıqların istintaq yolu ilə tam və hərtərəfli araşdırılması, qanuna müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Qeyd edək ki, millət vəkili Ceyhun Osmanlı jurnalist Xədicə İsmayılın səs yazısını prokurorluq orqanlarına təqdim etməsi barədə "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb. C. Osmanlı bildirib ki, X. İsmayılın Art Garden restoranındakı görüşünün audio yazısı olan şəxsi telefonunu bu gün prokurorluq orqanlarına təqdim
edib.

C. Osmanlı feysbuk səhifəsində yazıb: "Mən Brüsseldə səfərdə olan zaman jurnalist Xədicə İsmayıl növbəti dəfə adımı öz feysbuk səhifəsində yad etdi. "Jurnalist" Xədicə İsmayılın Art Garden restoranında özünə yaxşı məlum olan, amma başqalarına az məlum olan görüşünün audio yazısı olan şəxsi telefonumu bu gün Baş Prokurorluğa tәqdim etdim. Xәdicә xanımın yüksәk sәslә danışdığını hәr kәs bilsin deyә".

Millət vəkili daha sonra belə bir sonluq yazıb: "Vәtәnә xәyanәt bağışlanılmır!!!". C. Osmanlı açıqlamasında statusu özünün yazdığını təsdiqləyib.

Xatırladaq ki, bir müddət əvvəl mətbuatda X. İsmayılın ABŞ xüsusi xidmət orqanlarının iki nümayəndəsi ilə İçərişəhərdəki ART Garden restoranında görüşdüyü və onlara Azərbaycan müxalifətindən hakimiyyətə işləyən "casusların" siyashının təqdim etdiyi barədə yazılmışdı. Həmin məlumatlarda görüşün keçirildiyi vaxt millət vəkili Ceyhun Osmanlının da eyni restoranda olduğu vurğulanmışdı.

Tarix
2014.02.20 / 10:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla