Yuxarı

Bu, saxta boşanmaların sayını artıra bilər - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, saxta boşanmaların sayını artıra bilər - Deputat

Aliment Fondunun yaradılması saxta boşanmaları artıra bilər.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsində keçirilən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsi”nin müzakirəsi zamanı komitə sədri Zahid Oruc deyib.

“Mən ilk dəfə Aliment Fondunun yaradılması ilə bağlı məruzədə yer alan təklifə öz subyektiv fikrimi demək istəyirəm. Boşanmalarla bağlı bir daha Aliment Fondunun yaradılması effektli yol kimi irəli sürülür. Bizə görə belə addımın atılması, əksinə, saxta boşanmaları gücləndirə bilər. Məruzədə Ombudsmanın aliment ödənişlərinin təyinatını, qanunvericilikdə aliment öhdəliklərinin icrasına xüsusi yanaşmanı, o cümlədən bu sahədə məhkəmə qərarlarının icrasındakı problemləri nəzərə alaraq, habelə xarici ölkələrin təcrübəsinə əsaslanmaqla əvvəlki illik məruzələrində Aliment Fondunun yaradılması ilə bağlı irəli sürdüyü təklif aktuallığını saxlayır”, - deyə Zahid Oruc qeyd edib.

Tarix
2025.03.03 / 10:37
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla