Yuxarı

Vardanyana "VoMa" ilə bağlı suallar ünvanlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin martın 4-də davam etdirilən baxış iclasında ona “VoMa” terror təşkilatının qurucusu Vartanov Vladimir (Vova) Levanoviçlə münasibəti, aralarında vatsap vasitəsilə aparılan yazışmalar və göndərilən səsli mesajlar, təşkilat tərəfindən Ermənistanın nəzarətində olan Qarabağdakı qanunsuz silahlı birləşmələrə təlimlərin keçirilməsinin təşkili və maliyyələşdirilməsi, Vladimir Vartanovun Birinci Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikası ərazisində Silahlı Qüvvələrimizə qarşı hərbi əməliyyatlarda iştirak etməsi, təşkilatın təlimçiləri barədə suallar verilib.

Axar.az xəbər verir ki, məhkəmədə R.Vardanyandan həmin təlimlərin keçirilməsinə Ermənistan tərəfindən razılığın verilib-verilməməsi, buna dair şəraitin kim tərəfindən yaradılması, təlimlərə yetkinlik yaşına çatmayan şəxslərin cəlb olub-olunmaması, o cümlədən R.Vardanyanın bu təlimləri sahibkar və ya qondarma rejimin vəzifəli şəxsi kimi təşkil etməsi və maliyyələşdirməsi də soruşulub.

Daha sonra R.Vardanyana təhlükəsizlik məsələləri üzrə ekspert adı altında fəaliyyət göstərən “27 Komitəsi" hərəkatının təsisçisi və sədri Poqosyan Vladimir Sergeyeviçlə münasibətləri, onunla “Signal” mobil tətbiqi, eləcə də digər mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə apardığı danışıqlar və yazışmalar, aralarında işbirliyinin olub-olmaması, “düşmən” adlandırdıqları Azərbaycan dövlətini böyük itkilərə məruz qoymaq, hətta zərbə vurmaq məqsədilə “xüsusi əməliyyatlar qüvvələrinin milli mərkəzi”nin yaradılmasının Ermənistan dövlətinin planı olub-olmaması, “böyük itkilər”in nədən ibarət olması, həmin mərkəzin digər üzvləri və maliyyələşmə qaydalarına dair suallar verilib.

Bundan başqa, sözügedən “mərkəz”in qondarma quruma, yoxsa qondarma qurumun Müdafiə Nazirliyinin faktiki olaraq Ermənistan dövlətinə tabe olduğu kimi, eyni qaydada Ermənistana tabe olub-olmadığına dair suallar soruşulub.

Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Tarix
2025.03.04 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Əbu-Dabidəki görüş konstruktiv oldu - Hacıyev

Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

Bu məqaləni yerləşdirdik, heç kəs ayırd edə bilmədi ki... - Hacıyev

İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır

Şərqi Azərbaycanda güclü zəlzələ baş verdi

Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur

Xankəndidə Qələbə muzeyi bu binada yerləşəcək - Əliyev

Azərbaycana qarşı dezinformasiya savaşı... - Hacıyev

Qlobal Forumun Şuşada keçirilməsi... - Hacıyev

Bakının təyyarə tələbi: Kreml “fikrini” dəyişəcəkmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla