Yuxarı

DYP-dən dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DYP-dən dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq

Araşdırmalar göstərir ki, görünüş məsafəsinin azalması ilə yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalı artır.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında qeyd olunub.

Vurğulanıb ki, xüsusilə dumanlı hava şəraitində sürücülərin təhlükəyə qarşı reaksiya müddəti uzanır və nəticədə ani diqqətsizlik yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb ola bilər:

“Baş DYP İdarəsi sürücülərə bir daha xəbərdarlıq edir: Yolda görünüş məsafəsi azaldıqda sürəti azaldın! Qəfil manevrlərdən çəkinin! İşıq cihazlarının sazlığını yoxlayın və lazım gəldikdə duman faralarından istifadə edin! Görünüş dairəsinin məhdud olduğu yol sahələrində əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə etməyin! Piyadalar isə unutmasın ki, dumanlı havada sürücülərin onları görməsi çətinləşir. Buna görə də yola çıxarkən daha diqqətli və məsuliyyətli olmalıdırlar. Unutmayın, dumanlı hava şəraitində yolda hərəkət daha çox diqqət və ehtiyat tələb edir. Təhlükəsizliyiniz üçün qaydalara riayət edin və yolda məsuliyyətli olun!”

Tarix
2025.03.10 / 08:35
Müəllif
Axar.az
Digər xəbərlər

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla